"Megadeth" İstanbulda konsert verəcək

"Megadeth" İstanbulda konsert verəcək
MAQAZİN
10:41 12.12.2025
123
Metal musiqisinin əfsanəvi qruplarından biri olan "Megadeth" İstanbulda konsert verəcək.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, qrup konsertlərini 23 iyun tarixində Küçük Çiftlik Parkında verəcək.

1983-cü ildə Deyv Mustayn tərəfindən qurulan "Megadeth", bu günə qədər 50 milyondan çox albom satışı, "Qremmi" mükafatı, janr formalaşdıran albomları və nəsillər boyu davam edən təsiri ilə metal musiqisi tarixinin ən əhəmiyyətli qruplarından biridir.

Dave Mustaine, Teemu Mantysaari, James LoMenzo və Dirk Verbeuren-dən ibarət hazırkı heyət İstanbul konsertində çıxış edəcəkləri siyahıya yeni albomdan "Tipping Point", "I Don't Care" və "Let There Be Shred" kimi parçaların, eləcə də qrupun kult dövrünün klassiklərini daxil ediblər.
 
Aysel
OXŞAR XƏBƏRLƏR