"Məgər mənim evim bankdır ki, şüşələri gülləkeçirməz olsun?" - Şeyxin qudası

"Məgər mənim evim bankdır ki, şüşələri gülləkeçirməz olsun?" - Şeyxin qudası
SOSİAL
15:44 10.01.2019
3954
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudası olan sabiq millət vəkili hacı Qalib Salahzadə evinə gülləkeçirməz şüşələr qoydurması barədə yayılan xəbərlərə münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, Hacı Qalib Salahzadə ölkə.az-a açıqlamasında evinin şüşələrinin zirehli olmadığını söyləyib:

"Əslində, mənim evim zirehli deyil. Sadəcə olaraq, məclislərdən birində bir adamı yoxlamaq üçün evimin şüşələrinin gülləkeçirməz olması barədə fikir söyləmişəm. Yəni, bunu söyləməklə həmin adamın düzgünlüyünü yoxlamaq istəyirdim. Ona görə də belə bir blef etmişəm. Amma az keçmədən həmin adam barəsində təxminlərim özünü doğrultdu. Mənə deyirdilər ki, o adam yaxşı insan deyil, amma mən tərəddüd edirdim. Sonra əmin oldum ki, doğrudan da, yaxşı adam deyil imiş".

Şeyxin qudası deyib ki, evində heç bir zirehli materialdan istifadə olunmayıb:

"Məgər mənim evim bankdır ki, şüşələri gülləkeçirməz olsun? Bilirsiniz, mənim camaat arasında nüfuzum kifayət qədər yaxşı olduğu üçün insanlar mənə inanırlar. Əksəriyyət mənə hörmətdən inanır, amma onların arasında paxıllıq edənlər də var. İnanın ki, sabah desəm, hacı Qalibin elə bir jileti var ki, düyməni basan kimi səmayə qalxıb ətrafı izləmək olar, insanlar inanacaqlar. Amma hacı Qalib hamı kimi sadə həyat tərzi sürür, evi, qapısı hər zaman dostlara açıqdır".

Xatırladaq ki, "Yeni Müsavat" qəzeti hacı Qalib Salahzadənin evinin şüşələrinin zirehli olması barədə məqalə dərc edib.

Məqalədə qeyd olunur:

 "Hacı Qalib istintaqda özünü elə aparır ki, guya günahsızdır. Qardaşım Ələkbər Quliyevlə üzləşdiriləndə danışır ki, Bilgəhdəki 7 mərtəbəli imarətinə 3-4 milyon avro xərcləyib təkcə pəncərə alıb. İmarətin pəncərələri gülləkeçirməzdir. Almaniyadan mütəxəssislər dəvət edib və həmin pəncərələrin montaj işlərini görüblər. Bu adam kimdir ki, evinə gülləkeçirməz pəncərə qoydurur? Qardaşım da ona deyib ki, ondansa get yolu aç. Bizə vurduğun ziyanı ödə. Bizim əmlakımızı 2012-ci ilin martında audit şirkəti 2 milyon yarım manat ancaq tikili kompleksinə qiymət qoymuşdu. Orada bizim 20 sot torpağımızın üzərində 2 mülkdən başqa hovuz, su quyusu, çoxlu ağaclarımız, yardımçı tikililərimiz vardı".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tanınmış müğənniyə ağır itki
08:15 20.07.2025
Tanınmış müğənniyə ağır itki
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük