İsraili millət vəkili Moşe Saada Qəzza zolağına hücumlara son qoyacaq məhbus mübadiləsi sazişinin qəbuluna icazə verməyəcəklərini bildirib.
AZXEBER.COM xarici mətbuata istnadən xəbər verir ki, "Yediot Aharonot” qəzetinə danışan Saada məhbus mübadiləsi danışıqları ilə bağlı qiymətləndirmələr edib.
Saada bəyan edib ki, o və partiyasından bəzi millət vəkilləri İsrail və HƏMAS arasında məhbus mübadiləsi razılaşması üçün tələblərini baş nazir Netanyahuya çatdırıblar.
Qəzzəyə edilən hücumlara son qoymayan "hərtərəfli razılaşma” təklif etdiklərini ifadə edən Səada, "Likud olaraq (Qəzzada) qarşıdurmanın dayandırılmasını ehtiva edən razılaşmaya icazə verməyəcəyik” deyə bildirib.
Gülay