Məhbusları aparan vaqon alışdı

KRİMİNAL
10:09 10.11.2017
1861
Rusiyada yanan otluq sahədən keçərkən məhbusları aparan vaqon alışıb.
 
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın regional idarəsi məlumat yayıb.
 
Məlumata görə, Valdivostok-Xabarovsk marşrutu üzrə məhbuslar daşınarkən qatar quru ot ərazisi yanan hissədən keçərkən vaqonun aşağı hissəsi alışıb, tüstülənmə olub.
 
Karaul rəisi dərhal nəzarəti gücləndirərək, məhbusların təxliyəsini təşkil edib.
 
Alovun başqa vaqonlara keçməsinin qarşısı alınıb.
 
Xəsarət alan olmayıb.

OXŞAR XƏBƏRLƏR