Mehdiyev oğlunu Patruşevlə tez-tez görüşdürürmüş - Şok foto

Mehdiyev oğlunu Patruşevlə tez-tez görüşdürürmüş - Şok foto
SİYASƏT
13:08 02.12.2025
636
Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevlə birgə Moskva səfərlərindən fotolar yayılıb.

AZXEBER.COM Globalinfo.az-a istinadla xəbər verir ki, hazırda vətənə xəyanət ittihamı ilə ev həbsinə məhkum edilən Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin vəzifədə olduğu vaxtlarda Rusiyaya səfərlərində, həmçinin orada keçirdiyi açıq və gizli görüşlərində oğlu Teymur Mehdiyev də iştirak edib.

Ramiz Mehdiyev Rusiyada MDB Təhlükəsizlik Şurasının iclaslarında dəfələrlə iştirak edib. O, bu görüşlərə oğlu Teymur Mehdiyevi də aparırmış. Hətta Teymur Mehdiyevi diplomatik masada, yüksək səviyyəli nümayəndələrlə, o cümlədən Nikolay Patruşevlə eyni sırada əyləşdirirmiş.

Fotolar "Konkret.az”a məxsusdur.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR