Mehdiyevin vəzifəsini icra edən akademiklə bağlı maraqlı fakt: Xoşqədəmin eksperti olub

Mehdiyevin vəzifəsini icra edən akademiklə bağlı maraqlı fakt: Xoşqədəmin eksperti olub
SOSİAL
14:25 20.02.2022
371
Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin səlahiyyətlərinin icrası akademiyanın Birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunub. O, bu vəzifədə istefa ərizəsi qəbul olunan Ramiz Mehdiyevi əvəzləyib.

AZXEBER.COM Yenisabah.az-a istinadən xəbər verir ki, akademik Arif Həşimovun 73 yaşı var. O, ixtisasca fizikdir. 31 yaşında elmlər namizədi, 44 yaşında elmlər doktoru olub. 2002-ci ildə AMEA-nın Fizika İnstitutunun direktoru vəzifəsinə seçilən Həşimov 2009-cu ilə qədər bu vəzifəni icra edib. 

Arif Həşimov cəmiyyətə və mətbuata açıq şəxs kimi tanınır. O, vaxtaşırı KİV-ə müxtəlif mövzularda rəy bildirir.

Qocaman akademikin yolu bir müddət televerilişlərdən keçib. O, bir müddət elmi-maarifləndirici proqramlarla yanaşı, sosial problemlərin də müzakirə olunduğu verilişllərdə görünüb. Arif Həşimov 2013-2014-cü illərdə tanınmış telejurnalist Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni axtarıram" verilişinin eksperti olub. O. həmin vaxt ATV-də yayınlanan və ölkənin ən reytinqli televiziya proqramı sayılan bu verilişdə, sosial məsələlər, o cümlədən, məişət zorakılığı, boşanma, abort kimi mövzularda obyektiv rəylər verib. Arif Həşimovun qərəzsiz və obyektiv mövqeyi həmişə tamaşaçılar tərəfindın rəğbətlə qəbul olunub.

Məlumata görə, Prezident Administrasiyasının o vaxtkı rəhbəri, AMEA-ya qeyri-rəsmi nəzarət edən akademik Ramiz Mehdiyev Həşimovun bu fəaliyyətindən bərk hiddətlənib və onun efirdən uzaqlaşması üçün Akademiya rəhbərliyinə göstəriş verib. Ramiz Mehdiyevin təzyiqi ilə efir məkanına və KİV-ə "əlvida” deyən Arif Həşimov uzun müddət "kölgəyə” çəkilməli olub.

Həşimovun "cəzası” bununla da bitməyib. O, həmin vaxt Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru postuna ən real namizəd sayılsa da, Mehdiyev və tərəfdarları onun barəsində "şou adamı” imici yaratdıqları üçün bu təyinat baş tutmayıb. 

Sonda qeyd edək ki, Arif Həşimov AMEA-nın prezidenti postuna ən real namizədlərdən biri sayılır. "Mehdiyev maneəsi” ortadan qalxdığı üçün bu təyinatın baş tutmaq ehtimalı xeyli güclüdür.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb