İslam dininə qarşı davranışları tanınan və Məhəmməd peyğəmbərin karikaturusunu çəkərək müsəlmanların sərt etirazı ilə qarşılaşan isveçli Lars Vilks faciəli şəkildə ölüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, o, avtomobil qəzasına düşərək həyatını itirib. Hadisə zamanı həmçinin onu mühafizə edən iki polis əməkdaşı da həlak olub. 1 yaralı var.
Məlumata görə, İsveçin Smaland bölgəsində yük maşını ilə avtomobilin toqquşması nəticəsində şiddətli partlayış baş verir. Vilks və onun mühafizəçiləri avtomobildə olublar.