Məhəmməd Salah "Liverpul"u tərk edə bilər

Məhəmməd Salah "Liverpul"u tərk edə bilər
İDMAN
11:49 19.06.2022
193
İngiltərənin "Liverpul" klubu futbolçusu Məhəmməd Salahla yollarını ayıra bilər.

Tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar yarımçıq qalıb və razılıq əldə olunmayıb.

İddiaya görə, Mersisayd təmsilçisi 1 illik sözləşməsi qalan misirli hücumçu ilə 2023-cü ilin yayında vidalaşmağa hazırdır. "Qırmızı-qaralar"ın rəhbərliyi hesab edir ki, mümkün gediş 30 yaşlı forvardın yeni mövsümdəki çıxışına təsir etməyəcək.

Qeyd edək ki, Məhəmməd Salah ötən mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə 51 oyuna çıxıb. O, 31 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR