Məhəmməd Salahın evindən oğurlanan medal tapılıb

İDMAN
19:47 16.03.2023
263
Məhəmməd Salahın Qahirədəki evindən oğurlanan medal tapılıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, martın 2-də Misir millisinin və İngiltərənin "Liverpul” klubunun futbolçusu Məhəmməd Salahın Qahirədəki evindən oğurlanan medal tapılıb. Baş vermiş hadisədən sonra axtarışa başlayan Misir polisi iki soyğunçunun kimliyini aşkarlayıb.

Polis təkcə Afrika Millətlər Kubokunda qazanılan gümüş medalı yox, oğurlanan bütün əşyaları geri qaytara bilib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR