Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib - FOTOLAR

Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə təltif edilib - FOTOLAR
SOSİAL
22:23 20.07.2026
899
Veysəloğlu Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri, jurnalist Məhəmmədəli Qəribli 50 illik yubileyi münasibəti ilə Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edilib. Bu münasibətlə Şurada düzənlənmiş toplantıda çıxış edən MŞ sədri Rəşad Məcid bildirib ki, M.Qəribli həm jurnalist, həm də çalışdığı qurumun cəmiyyətlə əlaqələrinin qurulmasına məsul şəxs kimi media cameəsinin təmsilçiləri tərəfindən daim hörmətlə qarşılanır. Bu cəhət yubilyarın işinə peşəkar yanaşmasının, məsuliyyətinin nəticəsidir.

Toplantıda çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri - "Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, "Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli, MŞ-nin Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu, həmçinin, "Gununsesi.info” saytının baş redaktoru Pərviz Həşimli, "AzNews.az” analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı, "Azsiyaset.az” saytının baş redaktoru Samir Feyruzov, "Globalinfo.az” saytının baş redaktoru Azər Ayxan, "Tribuna” İnformasiya Agentlinin (tia.az) baş redaktoru Əlişir Əhəd, "Bakivaxtı.az” saytının təsisçisi İqbal Alısoy, "Azpolitika.info” saytının baş direktoru Elnur Məhərrəmli, "Manset.az” saytının baş redaktoru Əli Vəliyev, "Pravda.az” saytının baş redaktoru İlkin Pirəli, "Azxeber.com” saytının redaktoru Əfsələddin Ağalarov, "Editor.az” saytının baş redaktoru Fərid Şahbazlı, Azərbaycan Qiymətləndiricilər Palatasında İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Azər Niftiyev,  "Bizimxeber.az saytının baş redaktoru Ədil Hüseynli, "1xeber.media”nın rəhbəri Tural Əhmədov, jurnalist Vilayət Muxtar və başqaları M.Qəriblinin dürüst, peşəkar mətbuat xidməti rəhbəri, istedadlı jurnalist, qayğıkeş həmkar və dost kimi səciyyələndirən xüsusiyyətlərə diqqət çəkib, xatirələrini bölüşüb, ona 50 illik yubileyi ilə bağlı təbriklərini, arzu və diləklərini çatdırıblar.

Sonda çıxış edən M.Qəribli xoş sözlərə və əməyinə verilən yüksək qiymətə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, M.Qəribli 1997-ci ildən media sahəsində çalışır və ölkənin bir çox nüfuzlu media qurumlarında jurnalist, redaktor, baş redaktor kimi fəaliyyət göstərib. Çoxsaylı məqalə, analitik yazı və araşdırmanın müəllifidir. Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilmiş "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif olunub.

 


 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı