“Məhərrəm ayında toy etmək qadağan deyil”

“Məhərrəm ayında toy etmək qadağan deyil”
SOSİAL
17:37 09.10.2017
13327
"Məhərrəm və Səfər aylarında toy və digər şadyanalıq məclislərinin qurulması tam qadağan, ya da məcburi deyil. Şadyanalıqdan imtina insanların imama olan eşqindən irəli gəlir".

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva və Moizə şöbəsinin mütəxəssisi Ağasəid Yaqubov bildirib.

Şəriətdə halal və haram terminlərinin olduğunu xatırladan QMİ rəsmisi müstəhəb (bəyənilən əməl) və məkruh (bəyənilməyən əməl) əməllər olduğunu da yada salıb: "Bir insanın yaxını rəhmətə gedəndə şadlığa qapanmır. Həmin insan şadlıq mərasimlərindən uzaqlaşır. İmam da İslam aləmi üçün əziz insandır. İslam şəriətində imam insana doğmasından da əzizdir. Hədisi-şərifdə göstərilir ki, imamı tanımadan dünyadan köçən kafir olaraq gedər. İmam üçün kədərlənmək, onun xatirəsini əziz tutmaq ona ehtiramdır. Onun ehtiramı naminə şadlıq mərasimlərinə bir az ara verilir. Yenə də deyirəm ki, bu, şəriətimizdə vacib hökmlərdən deyil".

A.Yaqubov imam Hüseynin (ə) İslam üçün çox böyük addım atdığını, ona qədər o formada İslam üçün addım atanların sayının az olduğunu vurğulayıb: "İmam Hüseyn peyğəmbərin ailəsindədir, onun tərbiyəsi ilə böyüyüb. Biz imam Hüseynin İslam üçün atdığı böyük addımı hansı formada olursa-olsun dəyərləndirməliyik. Onun xatirəsini əziz saxlamaq üçün şadlığımızdan əl götürürük. Bu, bir tarixi yaddaş kimi beynimizdə, qanımızda həkk olunub. Allahı, haqqı xatırladan məqamları şüar edənlər təqva əhlindəndir. Bizim imam üçün şadlıqlarıdan imtina edməyimiz, onun xatirəsi üçün görülən işlər də şüardır. İnsanlar məscidlərə gedir, imam Hüseynin xatirəsi yad olunur. İmam Hüseyn üçün məclislər qurulur. Azərbaycanın dahi insanları da tarixən imam Hüseyn üçün həzin mərsiyə və şeirlər deyiblər. Məhəmməd Füzuli, İmaməddin Nəsimi, Mirzə Ələkbər Sabir kimi böyük şəxsiyyətlər bu matəmdən bəhs ediblər. Belə bir kədərin, hüznün yaşandığı ayda toy mərasimlərinin qurulması insanların içindən gəlmir". 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
17:33 27.06.2025
Ən çox sosial yardım bu rayona verilir - STATİSTİKA
“Regionda gərginliyin artması təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyətini bir daha vurğulayıb”
17:23 27.06.2025
“Regionda gərginliyin artması təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyətini bir daha vurğulayıb”
10-cu sinif şagirdi kanalda batdı - FOTO
16:57 27.06.2025
10-cu sinif şagirdi kanalda batdı - FOTO
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
16:43 27.06.2025
Pakistanlı turistlər Şahdağda qəzaya düşdülər, altı nəfər xəstəxanaya yerləşdirildi
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
16:18 27.06.2025
Pezeşkianın Ermənistana səfəri yayın sonuna qədər baş tuta bilər
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub