Məhkəmə Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoydu

Məhkəmə Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoydu
Məhkəmə Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoydu
MAQAZİN
02:26 04.10.2015
2941
Xalq artisti Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyulub.AZXEBER.COM-un məlumatına görə, bu haqda müğənni Natavan Həbibinin vəkili Fərid Həsənov xəbər verib.Vəkil bildirib ki,oktyabrın 1-dəNəsimi rayon İcra şöbəsinin təqdimatına baxan Nəsimi rayon məhkəməsi A.Kazımovanın ölkədən çıxışına qadağa qoyulması barədə qərar çıxarıb.Səbəb isəxalq artistitərəfindən məhkəmə qətnaməsinintamicra olunmamasıdır.Həmin qətnaməyə əsasənA.Kazımova N.Həbibidən üzr istəməli və yaydığı məlumatları təkzib etməli idi. Lakin o, qətnaməni tam formada icra etməkdən boyun qaçırır.Vəkilin sözlərinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir, məhkəmə qətnaməsini icra etmək məcburidir:"Buna görə dəAygün Kazımova Natavan Həbibidən üzr istəməsə və təkzib verməsə, ölkədən kənara çıxması mümkün olmayacaq".Qeyd edək ki, N.Həbibi A.Kazımovanı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə, xalq artisti Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməlidir. A.Kazımova dediklərini təkzib edərək, bunları yazmışdı:"Öz səhifəmdə Natavan Həbibinin erməni olduğunu qeyd etmişdim. Lakin uzun sürən məhkəmə araşdırmasından sonra məlum oldu ki, fikrim yanlışdır. Məhkəmənin qətnaməsini qəbul edərək Natəvan Həbibi barədə dediyimi təkzib edirəm".
OXŞAR XƏBƏRLƏR