Məhkəmə Cahangir Hacıyevlə bağlı qərar verdi

SOSİAL
12:16 03.06.2016
1264
Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin barəsində seçilmiş həbs qəti imkan tədbirinin müddətinin növbəti dəfə artırılması barədə Nərimanov Rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.
AZXEBER.COM Trend-ə istinadən bildirir ki, prosesdə şikayət araşdırılsa da təmin edilməyib. Nərimanov Rayon Məhkəməsinin qərarı qüvvəsində saxlanılıb.
Qeyd edək ki, C.Hacıyev ötən il dekabrın 5-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Sonradan C.Hacıyev barəsində olan həbs qərarının müddəti 3 dəfə artırılıb. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur.

OXŞAR XƏBƏRLƏR