Məhkəmə də Paşinyana qarşı çıxır - Müxalifət lideri azad edilib

Məhkəmə də Paşinyana qarşı çıxır - Müxalifət lideri azad edilib
DÜNYA
11:38 13.11.2020
718
Yerevanda məhkəmə etiraz aksiyaları ilə əlaqədar saxlanılmış müxalif siyasətçi, "Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qagik Tsarukyanı azad edib.

Bunu siyasətçinin vəkili bildirib.

Onun sözlərinə görə, məhkəmə Q.Tsarukyanın saxlanılmasını qanunsuz hesab edib.

Xatırladaq ki, Ermənistan noyabrın 10-da Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatı imzaladıqdan sonra ölkədə etiraz aksiyaları başlayıb. Aksiya zamanı onlarla şəxs, o cümlədən müxalifət liderləri saxlanılıb.
 
///Trend
OXŞAR XƏBƏRLƏR