Rusiyanın Sankt-Peterburq şəhərində keçmiş birgə yaşadığı qadını qətlə yetirməkdə ittiham olunan Yaqub Süleymanov barəsində həbs qətimkan tədbiri seçilib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə şəhər məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Sankt-Peterburqun Kalinin Rayon Məhkəməsi Yaqub Süleymanovun 2027-ci il yanvarın 11-dək həbsdə saxlanılması barədə qərar qəbul edib.
İstintaqın məlumatına görə, noyabrın 12-də kişi Vavilov küçəsində 27 yaşlı qadına yaxınlaşaraq ona azı səkkiz bıçaq zərbəsi endirib. Aldığı xəsarətlər nəticəsində qadın hadisə yerində ölüb.
Mərhumun beş yaşlı oğlu var. Uşağın gələcək taleyi ilə bağlı qərarı qəyyumluq orqanları və məhkəmə verəcək.











































