Məhkəmə Trampın qərarını QANUNSUZ ELAN ETDİ

Məhkəmə Trampın qərarını QANUNSUZ ELAN ETDİ
DÜNYA
15:45 22.08.2026
229
Manhetten federal məhkəməsi Donald Tramp administrasiyasının yanvar ayında 75 ölkənin vətəndaşlarına immiqrasiya vizalarının verilməsini dayandırmaq haqqında qərarını qanunsuz elan edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Hakimlər Kollegiyasının nümayəndəsi Cannett Varqas ABŞ Dövlət katibi Marko Rubionun öz səlahiyyətlərini aşdığını və verilən qərarın Amerikanın immiqrasiya qanunvericiliyinə zidd olduğunu bildirib.
 

Qeyd edək ki, sözügedən məhdudiyyətlər Braziliya, Kolumbiya, Uruqvay, Bosniya və Herseqovina, Albaniya, Pakistan, Banqladeş, həmçinin Afrika, Yaxın Şərq və Karib hövzəsinin bir sıra ölkələrinin vətəndaşlarına şamil olunmuşdu.


Dövlət Departamenti daha əvvəl bəyan etmişdi ki, bu ölkələrin vətəndaşlarının ABŞ-nin dövlət resurslarından asılı vəziyyətə düşmə riski daha yüksəkdir. Məhkəmə qərarı isə hüquq müdafiə təşkilatlarının, viza müraciətçilərinin və yaxınlarının köçməsinə zəmanət verən ABŞ vətəndaşlarının iddiası əsasında çıxarılıb.
OXŞAR XƏBƏRLƏR