Məhkəmədə əlbəyaxa dava - "Oğlumun qanı yerdə qalır"

Məhkəmədə əlbəyaxa dava - "Oğlumun qanı yerdə qalır"
SOSİAL
14:15 15.09.2017
1153
Bakıda ərini bıçaqlayaraq öldürən 26 yaşlı Gülər Mirzəyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Qnyaz Babayev vəsatətlə çıxış edərək cinayət işinin istintaqa qaytarılması ilə bağlı vəsatət verib: "Bu mənim oğlumu tək öldürməyib. Buna köməklik ediblər. Həm də bıçaqlayandan sonra 3 saat saxlayıblar. Hər hansı yollarla ittiham yüngül verilib. Qəsdən sağlamlığa ağır zərbə vurma ilə bağlı ittiham düzgün verilməyib. Qıza qəsdən adam öldürülmə verilməliydi. Əlavə şahidlər də dindirilməlidir. Mənim yeganə oğlumu öldürüblər. Xəstəyəm. Baxanım yoxdur. Oğlumun qanı yerdə qalır".
 
Hakimlər vəsatəti müzakirə etmək üçün məhkəmə prosesi sentyabrın 22-ə qədər təxirə salıb. Məhkəmədən çıxan zaman zərərçəkmişin yaxınları ilə təqsirləndirilən yaxınları arasında mübahisə düşüb. Mübahisə əlbəyaxa davaya çevrilib. Məhkəmə nəzarətçiləri və penitensiar xidmətin əməkdaşları tərəfindən davanın qarşısı alınıb və hər iki tərəf ayrı-ayrı qapılardan yola salınıb.
 
Qeyd edək ki, 2016-cı il noyabrın 7-də Maştağa kəndində yaşayan G.Mirzəyeva həyat yoldaşı 32 yaşlı Şəmsi Babayevlə mübahisə zəminində ərinə bir neçə bıçaq zərbəsi vurub. Zərbələrdən biri ərinin şah damarına dəyib və o, qan itirmədən dünyasını dəyişib. Daha sonra G.Mirzəyeva hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur. Məhkəmənin hazırlıq iclasında məlum olub ki, ali təhsilli olan G.Mirzəyeya Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsinin məzunudur və iki yaşlı övladı var. Onun mərhum əri Ş.Babayevin hüquqi varisi kimi atası Qnyaz Babayev tanınıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
00:23 07.03.2026
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
00:22 07.03.2026
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
00:12 07.03.2026
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
00:05 07.03.2026
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
23:55 06.03.2026
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
23:44 06.03.2026
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
23:42 06.03.2026
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
23:39 06.03.2026
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
22:39 06.03.2026
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
22:29 06.03.2026
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR