Məhkəmədə qalmaqal: Xalq artisti jurnalistə hücum etdi

Məhkəmədə qalmaqal: Xalq artisti jurnalistə hücum etdi
SOSİAL
15:58 23.05.2017
1010
Bu gün Nəsimi Rayon Məhkəməsində "O səs Türkiyə” yarışmasından tanınan müğənni Gülşən İbadova və türkiyəli müğənni Akın Mahmudun şikayətinə baxılıb.

İfaçılar teatrın direktoru Akif Məlikovu, teatrın digər əməkdaşları - Xalq artisti Samir Cəfərov, Əməkdar artist İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Afaq Abbasova, Tural Ağayev, Nərminə Nağıyeva, Asya İsmayılova və Ləman Tağızadə haqqında iddia ərizəsi qaldırıb.

Baş tutan məhkəmə iclasından sonra teatrın adıçəkilən əməkdaşları və digərləri zalda olan "Yeni Müsavat”ın əməkdaşı Xalidə Gəraya hücum edərək, onu təhdid və təhqir ediblər. Bu azmış kimi incənət nümayəndələri məhkəmə zalının qapısını bağlayaraq, jurnalistin əl-qolundan tutub onun zaldan çıxmasını əngəlləyib, öz təhqirlərinə davam edərək "siz dövlətçiliyin əleyhinəsiz”, "sizin nə ixtiyarınız var teatr haqqında yazırsınız” kimi və qeyri-etik ifadələr səsləndiriblər.

Daha sonra insidentə hüquq-mühafizə orqanları müdaxilə edib, olayı sakitləşdirməyə çalışıb. Teatrın işçiləri bu hərəkətlərinin səbəbini jurnalistin video və foto çəkməsi ilə izah ediblər. Lakin hüquq mühafizə orqanları tərəfindən yoxlanılan jurnalistin üzərindən heç bir video və görünütü aşkarlanmayıb. Teatr əməkdaşları bununla kifayətlənməyib, məhkəmənin həyətində jurnalistin üzərinə gəliblər. Xalq artisti Samir Cəfərov yenidən jurnalisti hədələyib.

Hakimin qərarı ilə qalmaqallı məhkəmə iyunun 22-dək təxirə salınıb.

Xatırladaq ki, "O səs Türkiyə” yarışmasından tanınan ifaçı Gülşən İbadova və Mahmut Akın öz şikayət iddialarında teatrın əməkdaşları tərəfindən yayılmış məlumatların həm saytlarda, həm də sosial şəbəkələrdə təkzib edilməsi, barələrində söylənilən təhqiredici ifadələrə görə ölkə ictimaiyyəti qarşısında üzr istəmələrini tələb edib. Həmçinin G.İbadova və A.Mahmud dəymiş zərərin əvəzi kimi həmin şəxslərin hər birindən 30 min manat məbləğində pul iddiası irəli sürüb (ümumilikdə 270 min manat).

///axsam.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan haqda fikirlərinə görə tənqid olunan Misir Mərdanov: “Mən olanı demişəm”
16:47 15.08.2025
Paşinyan haqda fikirlərinə görə tənqid olunan Misir Mərdanov: “Mən olanı demişəm”
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
16:40 15.08.2025
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
16:36 15.08.2025
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
16:27 15.08.2025
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
16:22 15.08.2025
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
16:20 15.08.2025
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib