Məhkumlar üçün yeni məscid tikilib - FOTO

Məhkumlar üçün yeni məscid tikilib - FOTO
SOSİAL
21:10 17.11.2017
1310
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQIDK) ilə birgə "Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda 11 saylı cəzaçəkmə müəssisəsində keçirilib. Lent.az komitənin saytına istinadən bildirir ki, tədbirdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin rəis müavini - ədliyyə polkovnik-leytenantı İntiqam Əliyev, DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov və AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı, ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibov iştirak edib.
 
Müəssisədə məhkumların mənəvi dəyərlərini həyata keçirmək üçün yaradılmış şəraitdən söz açan İntiqam Əliyev yeni inşa olunan məsciddən danışıb. Bildirib ki, yüksək keyfiyyət və memarlıq üslubunda ərsəyə gələn məscid heç də kənd və şəhərlərimizdəki ibadət ocaqlarından geri qalmır.
 
DQİDK-nın şöbə müdiri Nahid Məmmədov ölkəmizdə mövcud dini durum barədə məlumat verib. Tolerantlıq günün qeyd edildiyi ərəfədə Azərbaycanın özünəməxsus dəyərlərindən biri olan birgəyaşayış ənənəsinin dünya üçün örnək olmasından bəhs edib. Prezident İlham Əliyevin İslam Həmrəyliyi ideyası ilə bağlı irəli sürdüyü təşəbbüsün mahiyyətində danışıb.
 
İlahiyyatçı alim Aslan Həbibov məscid ədəbindən, məscidin müsəlman həyatındakı rolundan söz açıb. Bildirib ki, məscid müsəlman həmrəyliyinin və vəhdətinin əsas qalasıdır və orada fitnə yaratmaq, ayrı-seçkilik salmaq qəti qadağandır.
 
Daha sonra qonaqlar müəssisədə istifadəyə hazır məscidlə tanış olublar. 11 saylı müəssisənin rəisi qonaqlara bu barədə məlumat verib. Bildirilib ki, məsciddə yüksək səviyyədə tikinti işləri ilə yanaşı, dəstnamazxana, ayrıca mərasim yeri, mətbəx, kitabxana da inşa edilib. Eyni anda 250-dən çox məhkumun ibadət edə biləcəyi məsciddə istilik və soyutma sistemləri quraşdırılıb, akustika, milli-mənəvi dəyərlərimizin tərənnüm edildiyi dekorasiya işləri görülüb.
 




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Rusiya Ukraynada strateji məğlub olub"
16:31 30.06.2025
"Rusiya Ukraynada strateji məğlub olub"
Hökməlidə 20 yaşlı qadın 8-ci mərtəbədən yıxılaraq ölüb
16:29 30.06.2025
Hökməlidə 20 yaşlı qadın 8-ci mərtəbədən yıxılaraq ölüb
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harada yerləşir? (FOTO)
16:20 30.06.2025
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harada yerləşir? (FOTO)
Rusiya Bakıdakı əməliyyatdan narahat oldu: “Səbəb izah edilmir”
16:20 30.06.2025
Rusiya Bakıdakı əməliyyatdan narahat oldu: “Səbəb izah edilmir”
Berlində yanğın baş verdi: ard-arda 3 partlayış
16:17 30.06.2025
Berlində yanğın baş verdi: ard-arda 3 partlayış
Bakıda kafedə dava: Sahibkar müştərini döydü
16:11 30.06.2025
Bakıda kafedə dava: Sahibkar müştərini döydü
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
15:55 30.06.2025
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
15:51 30.06.2025
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
15:38 30.06.2025
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
15:29 30.06.2025
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
15:25 30.06.2025
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
15:17 30.06.2025
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
15:14 30.06.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
15:05 30.06.2025
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
14:48 30.06.2025
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
14:32 30.06.2025
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA