xari

Mehriban Əliyeva Bakının qəsəbələrində oldu - FOTOLAR

FOTOSESSİYA
09:51 02.03.2013
3942
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyeva paytaxtın Binə, Türkan, Şüvəlan və Buzovna qəsəbələrində olub, təmiri və əsaslı surətdə yenidən qurulması nəzərdə tutulan bir sıra obyektlərə baş çəkib.Əvvəlcə Binə qəsəbəsindəki İmam Rza məscidinə gələn birinci xanım Mehriban Əliyeva burada sakinlərlə görüşüb. Məscidin axundu Hacı Həsən Binə sakinləri adından qəsəbədə görülən işlər, həyata keçirilən layihələrlə bağlı Heydər Əliyev Fondunun prezidentinə minnətdarlığını bildirib.Azərbaycanın birinci xanımı sakinlərin arzu və təkliflərini dinləyib, onların həlli istiqamətində tövsiyələrini verib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bildirib ki, qəsəbədə görülən bütün işlərin məqsədi insanların daha rahat yaşamasını təmin etməkdir.Birinci xanım Mehriban Əliyeva Binədə görülən işlərdən danışdı, yeni məktəblərin tikildiyini, mədəniyyət evinin, kitabxananın yenidən qurulduğunu, işıq və qaz xətlərinin çəkildiyini qeyd edib.Daha sonra Mehriban xanım Əliyeva məscidin yenidənqurma işlərindən əvvəlki fotoşəkillərinə baxıb. Məlumat verilib ki, məscid binasının dam örtüyü zədələndiyi üçün yağış suları içəri axaraq interyeri korlamışdı. Qəsəbə ağsaqqalları məscid binasının təmirinə yardım üçün Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ediblər. Müraciət əsasında 2012-ci ilin sentyabrından yenidənqurma işlərinə başlanıb. Məscid binası bu ilin birinci yarısında təhvil veriləcək.Məscid, minarə və xidməti otaqlardan ibarət kompleksin sahəsi 1800 kvadratmetrdir. Burada kişilər və qadınlar üçün namaz otaqları, ehsan zalı və digər xidməti otaqlar var. Yenidənqurma işləri zamanı köməkçi bina yenidən tikilmiş, minarə günbəzi, ümumi tikinti sahəsinin forması və minbər tamamilə dəyişdirilmiş, hasar yenilənib. Binada müasir istilik sistemi quraşdırılacaq, qazanxana, 60 tonluq yeraltı su anbarı tikiləcək, interyer rəssamlar və nəqqaşlar tərəfindən yenidən işlənəcək. Təmir zamanı əsas binanın bünövrəsi də möhkəmləndirilib.X X XAzərbaycanın birinci xanımı Mehriban Əliyeva daha sonra Binə qəsəbəsindəki 285 nömrəli körpələr evi-uşaq bağçasında olub. Milli Məclisin deputatına məlumat verilib ki, 1986-cı ildə tikilən və ümumi sahəsi 1900 kvadratmetrdən çox olan uşaq bağçasında indiyə qədər heç vaxt əsaslı təmir işləri aparılmayıb. 1993-cü ildən bağçada Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün düşən soydaşlarımız məskunlaşmışdı. Bu il isə onlar yeni mənzillərlə təmin ediliblər. Diqqətə çatdırılıb ki, bağçada yaş yarımdan 6 yaşınadək uşaqlara xidmət edən 75 körpədən ibarət 4 qrup olsa da, binanın yarıtmaz vəziyyəti fəaliyyət göstərməyə imkan vermirdi. Bildirilib ki, 285 nömrəli bağça bu ərazidə yeganə məktəbəqədər uşaq müəssisəsidir. Tələbat artdığına görə Heydər Əliyev Fondunun təşəbbüsü ilə burada uşaq bağçası üçün yeni binanın inşası nəzərdə tutulub. Mehriban Əliyeva işlərin yüksək keyfiyyətlə yerinə yetirilməsinə dair tövsiyələrini verib.X X XSonra Türkana gələn Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva qəsəbə sakinləri ilə görüşüb, onların problemləri ilə maraqlanıb. O, bildirib ki, qarşıya qoyulan bütün vacib məsələlər həll olunur. Türkan qəsəbəsində artıq ikinci bağça binasının inşasına başlanıldığını deyən Mehriban Əliyeva qəsəbədə tikinti və quruculuq işlərinin vüsət aldığını söyləyib. Milli Məclisin deputatı Xəzər rayonunun bütün məktəblərinin yeni, müasir standartlara uyğun qurulduğunu bildirib. Gələcək illərdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı zəruri addımların atılacağını qeyd edən Heydər Əliyev Fondunun prezidenti vurğulayıb ki, bununla da qəsəbədə yeni iş yerlərinin açılmasına nail olunacaq.Daha sonra Milli Məclisin deputatı burada tikilməkdə olan yeni uşaq bağçasında inşaat işlərinin gedişi ilə tanış olub. Məlumat verilib ki, hazırda Türkan qəsəbəsində uşaq bağçasına böyük ehtiyac var. Ötən ilin sonunda inşasına başlanan müasir tipli 200 yerlik uşaq bağçasının bu ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulub.Heydər Əliyev Fondunun prezidentinin diqqətinə çatdırılıb ki, ikimərtəbəli binada 2 körpə, 4 orta, 4 məktəbəqədər hazırlıq qrupu fəaliyyət göstərəcək. Uşaq bağçası bütün əyani və texniki vasitələrlə təchiz ediləcək. Binada hovuz, musiqi və idman otaqları yaradılacaq, müasir havalandırma sistemi quraşdırılacaq. Həyətdə uşaqların əyləncəsi və fiziki inkişafı üçün şərait yaradılacaq.X X XAzərbaycanın birinci xanımı Mehriban Əliyeva martın 1-də Şüvəlan qəsəbəsindəki zəif eşidən və sonradan karlaşmış uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində də olub. Buradakı vəziyyətlə tanış olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məlumat verilib ki, internat məktəbi 1963-cü ildə inşa olunub. Hazırda burada 130 şagird təhsil alır. Binanın əsaslı təmirə ehtiyacı var.Mehriban Əliyeva internat məktəbinin yenidən qurulması ilə bağlı tövsiyələrini verib.Sonra Azərbaycanın birinci xanımı qəsəbə sakinləri ilə görüşüb, onlarla söhbət edib. Mehriban Əliyeva bildirib ki, Xəzər rayonunun bütün qəsəbələrində olduğu kimi, Şüvəlanda da həyata keçirilən layihələr uğurla davam etdirilir. Belə ki, sosial problemlər öz həllini tapmaqla yanaşı, burada təhsil ocaqları, məktəbəqədər müəssisələr, mədəniyyət mərkəzləri təmir olunur və yenidən qurulur. İki nömrəli xüsusi internat məktəbinin də müasir üslubda qurulmasının vacibliyini qeyd edən Mehriban Əliyeva uşaqlara yüksək keyfiyyətli təhsilin verilməsinin əhəmiyyətini vurğulayıb.X X XHeydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva sonra Şüvəlandakı sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika Xüsusi İnternat məktəbinə gəlib. Burada Azərbaycanın birinci xanımına məlumat verilib ki, 1964-cü ildə inşa olunan internatda 136 şagird təhsil alır. Bu müəssisə də yararsız vəziyyətə düşüb və binanın əsaslı yenidənqurma işlərinə ciddi ehtiyac var. Heydər Əliyev Fondunun prezidenti bu internat məktəbinin də yenidən qurulacağını bildirib.Mehriban Əliyeva internat məktəbində təhsil alan uşaqlara da baş çəkib. Onlarla söhbət edən Azərbaycanın birinci xanımı balacaların əl işlərinə də baxıb.X X XAzərbaycanın birinci xanımı Mehriban Əliyevanın baş çəkdiyi növbəti məktəbəqədər tərbiyə müəssisəsi Buzovna qəsəbəsindəki 246 nömrəli körpələr evi-uşaq bağçası olub. Bu tərbiyə müəssisəsi ilə yaxından tanış olan Mehriban Əliyevanın diqqətinə çatdırılıb ki, 1985-ci ildə inşa edilən və indiyədək əsaslı təmir işləri görülməyən bağça Azərbaycan və rus bölmələri daxil olmaqla 2-6 yaşlı uşaqlar üçün ixtisaslaşıb. Səkkiz min kvadratmetrdən çox sahəsi olan uşaq bağçası istifadə üçün yararsız vəziyyətdədir. İkimərtəbəli binada istilik sistemi yoxdur.Mehriban Əliyeva bildirib ki, Heydər Əliyev Fondu bu uşaq bağçasının da yenidən qurulmasını nəzərdə tutur.Fondun prezidenti Mehriban xanım Əliyeva yenidənqurma işlərinin yüksək səviyyədə aparılması, uşaq bağçasının bütün əyani və texniki vasitələrlə təchiz olunmasına dair tövsiyələrini verib.

OXŞAR XƏBƏRLƏR