Mehriban Əliyeva: ‘Bu, idman həmrəyliyinin nümunəsi oldu’

SİYASƏT
02:23 29.06.2015
1416

Azərbaycanda keçirilən I Avropa Oyunlarının bağlanış mərasimi keçirilib. Bakı Olimpiya Stadionunda keçirilən mərasimdə Bakı-2015 I Avropa Oyunları Əməliyyat Komitəsinin rəhbəri Mehriban əliyeva çıxış edib.

“İlk Avopa Oyunlarının bağlanış mərasiminə xoş gəlmisiniz. Hörmətli həmyerlilər, idmançılar, prezident İlham Əliyev, qonaqlar, Birinci Avropa Oyunlarının uğurla başa çatması münasibəti ilə sizi ürəkdən təbrik edirəm”.

APA-nın məlumatına görə, bunu Bakı 2015: I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakı 2015: I Avropa Oyunlarının rəsmi bağlanış mərasimindəki çıxışında deyib.

Mehriban Əliyeva müstəqil Azərbaycana yeni qələbələr, xalqımıza əmin-amanlıq arzulayıb: “Azərbaycan ən yüksək standarta uyğun idman tədbiri keçirdi, bu, idman həmrəyliyinin nümunəsi oldu. Bütün xalqımız öz atletləri ilə qürur duyur. Azərbaycan atletləri ümumi yarışda ikinci yeri tutdu. Bütün atletlərə yarışda iştirak etdiyi üçün təşəkkür edirəm. Bu oyunlar sizin oyunlarınızdır və nailiyyətləriniz bizi ilhamlandırır. Hamınızı təbrik edirəm.

Mən Avropa Oyunlarını qətiyyəti və səyi ilə reallığa çevirən Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikki və xidməti olan hər kəsə, azarkeşlərə təşəkkür edirəm. Siz oyunlar üçün coşqu yaratdınız. Mən gözəl könüllülərimizə minnətdarlıq edirəm. Siz olmadan bu tədbiri keçirə bilməzdik. Siz bütün Avropadan Azərbaycana xoş gəldiniz və dostluq festivalının bir hissəsi oldunuz. Biz köhnə dostlarımızı salamladıq və yeni dostlar qazandıq.

Bakıda qarşıdakı illərdə Şahmat Olimpiadası, İslam Həmrəylik Oyunları, Futbol üzrə Avropa Çempionatının oyunları keçiriləcək”.

M. Əliyeva ölkəmizdən və xalqımızdan böyük qürur duyduğunu vurğulayıb: “Sağ olun, atletlər, sağ ol, Azərbaycan!”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"
12:33 24.05.2025
Azərbaycan millisinin baş məşqçisi: "Səviyyə baxımından biz İngiltərədən daha yaxşıyıq"
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
12:19 24.05.2025
Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət etdi
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
11:59 24.05.2025
Ötən gün dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanıldı
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
11:44 24.05.2025
Bəzi rayonlarda leysan yağır - FAKTİKİ HAVA
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
11:35 24.05.2025
Ötən gün vətəndaşların bank kartlarından 5 min manata yaxın pul kiber üsulla oğurlandı
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
11:16 24.05.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
11:04 24.05.2025
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanıldı
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
10:51 24.05.2025
Azərbaycan FHN MDB ölkələrinin birgə təlimində iştirak etdi
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
10:34 24.05.2025
Üçüncü övladını dünyaya gətirmişdi - 13 gün sonra ÖLDÜ
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
10:26 24.05.2025
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
10:10 24.05.2025
Ötən ay 7 minə yaxın əcnəbi Azərbaycanda yaşama icazəsi üçün müraciət edib
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
09:53 24.05.2025
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
23:48 23.05.2025
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
23:31 23.05.2025
Finlandiya bu ölkələrin vətəndaşlarına əmlak almağı qadağan edir
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
23:17 23.05.2025
Sarkisyana qarşı 3 milyonluq cinayət işi açıldı
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
23:08 23.05.2025