Mehriban Əliyeva: “Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”

SİYASƏT
11:45 31.03.2020
1369
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın İnstaqram səhifəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib.

AZXEBER.COM xəbər verir ki, paylaşımda aşağıdakılar qeyd olunub:

"Bu gün - 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür. Tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq, xalqımız deportasiya, etnik təmizləmə və kütləvi qırğınların sarsıntılarını yaddaşında yaşadaraq müstəqillik əzmini qoruyub saxlamış, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirmiş, dövlətimizin qüdrətinin daha da möhkəmlənməsinə nail olmuşdur.

Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.
 

 




OXŞAR XƏBƏRLƏR