Mehriban Əliyeva Monako Knyazı II Albert ilə görüşüb

Mehriban Əliyeva Monako Knyazı II Albert ilə görüşüb
SİYASƏT
10:40 19.02.2014
1037

Fevralın 18-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində Monako Knyazı II Albert ilə görüşüb.

AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, Monako Knyazı II Albert, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə Mərkəzi gəziblər.

Monako Knyazının diqqətinə çatdırılmışdır ki, Mərkəzdə xalqımızın Ümummilli Liderinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yaradılan muzey təşkil olunarkən burada Azərbaycan tarixinin və ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilmişdir. Burada toplanılan məlumatlar ziyarətçilərə interaktiv formada çatdırılır. Muzeyin müxtəlif bölmələrində Ulu Öndərin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının ayrı-ayrı aspektləri virtual formada təqdim edilir. Bu, muzeyin orijinallığını daha da artırır. Dizaynına və tətbiq olunan yeni texnologiyaya görə fərqlənən muzey Heydər Əliyev Mərkəzinin modern üslubu ilə həmahənglik təşkil edir.

Mərkəzdə müxtəlif mövzuları əhatə edən sərgilər də açılmışdır. Burada xalqımızın tarixini və mədəniyyətini əks etdirən “Azərbaycan inciləri” ekspozisiyasında ölkənin tükənməz təbii sərvətlərinə, çoxəsrlik tarixinə, mədəni irsinə dair nadir eksponatlar nümayiş olunur.

Monako Knyazı II Albert Mərkəzdə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi ilə də tanış olmuşdur. Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyət daşıyan bu sərgini Şərq ilə Qərb mədəniyyətlərinin sintezini təcəssüm etdirən müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatı kimi də qiymətləndirmək olar.

Mərkəzlə tanışlıqdan sonra Azərbaycanın birinci xanımı və Monako Knyazı II Albertin görüşü olmuşdur. Görüşdə 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq, Heydər Əliyev Fondunun mədəniyyət və təhsil sahələrində gördüyü işlər, birgə konsertlərin keçirilməsi, Heydər Əliyev Mərkəzində şahzadə Qreysin sərgisinin təşkili məsələləri müzakirə edilib.

Azərbaycanda məşhur maestro Mstislav Rostropoviçin xatirəsinə həsr olunmuş ənənəvi musiqi festivalından xəbərdar olduğunu deyən Monako Knyazına tanınmış rəssam Altay Sadıqzadənin “Bakı” və “Monako” adlı əsərləri hədiyyə edilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək