Mehriban Əliyeva Şamaxıya səfərlə bağlı paylaşımlar edib - FOTO

Mehriban Əliyeva Şamaxıya səfərlə bağlı paylaşımlar edib - FOTO
SOSİAL
23:37 01.11.2021
329
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında Prezident İlham Əliyevlə birlikdə Şamaxı rayonuna səfərlə bağlı paylaşımlar edib.

AZXEBER.COM xəbər verir ki, Birinci vitse-prezident yazıb:

"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda səfərdə olublar".

Birinci vitse-prezident digər paylaşımlarda Şamaxıda "Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışı, Şamaxı şəhərində Gənclər Parkında görülmüş işlərlə tanışlıqdan, Şamaxı şəhər 7 saylı körpələr evi-uşaq bağçasının açılışından, Şamaxı şəhərində Yaradıcılıq Mərkəzinin istifadəyə verilməsindən bəhs edib.
OXŞAR XƏBƏRLƏR