BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Mehriban Əliyeva xalq artistinin müalicəsini üzərinə götürdü

Mehriban Əliyeva xalq artistinin müalicəsini üzərinə götürdü
TOP4
10:54 26.02.2020
5735
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, əfsanəvi "Qaya” vokal instrumental qrupunun keçmiş solisti, Xalq Artisti Rauf Babayevin müalicəsi ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb.

AZXEBER.COM atv.az-a istinadla xəbər verir ki, fevralın 23-də axşam saatlarında ürəyində yaranan narahatlıq səbəbindən müayinə məqsədi ilə Elmi Tədqiqat Kardiologiya İnstitutuna yerləşdirilib.

Rauf Babayev ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı diaqnozları ilə 2 gün ərzində burada müalicəsini davam etdirib. Sənətkarın müalicəsinin sonrakı mərhələlərini həyata keçirmək üçün Rauf Babayev Mərkəzi Klinikaya köçürülüb.

Ötən gün Fondun icraçı direktoru Anar Ələkbərov sənətkara baş çəkib. Hazırda Rauf Babayevin vəziyyəti stabil qiymətləndirilir.

1937-ci il təvəllüdlü əfsanəvi müğənni 1961-ci ildən "Qaya" vokal instrumental qrupunun üzvü olub. 1995–2001-ci illərdə "Bəri bax" vokal qrupunun bədii rəhbəri işləyib. 2001-ci ildən "Qaya" Dövlət Ansamblının bədii rəhbəridir.

OXŞAR XƏBƏRLƏR