Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda baş tutan aksiya İspaniyada mükafata layiq görüldü - FOTO

Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda baş tutan aksiya İspaniyada mükafata layiq görüldü - FOTO
SOSİAL
12:19 28.01.2021
674
"LG Electronics” şirkətinin İspaniya üzrə baş ofisinin Madrid şəhərində yerləşən mənzil-qərargahında ətraf mühitin qorunmasına töhfə vermiş ölkələrin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, "LG Electronics” şirkətinin İspaniya üzrə baş ofisi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-cu ildə Azərbaycanda elan olunmuş "Nəsimi ili” çərçivəsində bir gündə 650 min ağacın əkilməsi aksiyasını yüksək qiymətləndirərək, buna görə ölkəmizi mükafata layiq görüb. Təşkilatçılar Azərbaycan tərəfindən planetimizin yaşıllaşdırılmasına və karbon-dioksid qazının həcminin azaldılmasına verilən töhfəni təqdir ediblər.

Sözügedən mükafatı ölkəmiz adından qəbul edən səfir Anar Məhərrəmov mükafata görə "LG Electronics” şirkətinin İspaniya üzrə baş ofisinin prezidenti Xayme de Xaraisə təşəkkür edib. O, respublikamızda ətraf mühitin, fauna və flora ehtiyatlarının qorunmasının əsas prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. Tədbirin təşkilatçılarına və iştirakçılara Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə bu sahədə həyata keçirilən layihə və aksiyalar barədə ətraflı məlumat verilib. Bu nəcib aksiyaların qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, ölkəmizdə, eyni zamanda, dünyada yaşıllığın artmasına verdiyi əhəmiyyətli töhfədən bəhs edilib.

Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən hələ 2007-ci ildən etibarən ölkəmizdə ətraf mühitin mühafizəsi məqsədilə "Hərəmiz bir ağac əkək!” aksiyasının həyata keçirilməyə başlandığı qeyd olunaraq, sözügedən layihə çərçivəsində ölkə ərazisində bir milyondan çox yeni ağacın əkildiyi diqqətə çatdırılıb.

Respublikamızda ətraf mühitin qorunması ilə bağlı geniş məlumatlandırma kampaniyası aparan, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci ildə fəaliyyətə başlamış IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin ölkəmizin yaşıllaşdırılmasında əhəmiyyətli rolundan bəhs olunaraq, IDEA-nın BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə birlikdə "Yaşıl həftə” təşəbbüsünün uğurla həyata keçirildiyi, IDEA tərəfindən müxtəlif ölkələrdən olan gənc ekoloqların şəbəkələşməsinin təmin edildiyi diqqətə çatdırılıb.

Tədbir zamanı Çili və Çex Respublikası da ətraf mühitin qorunmasına verdikləri töhfəyə görə müvafiq mükafata layiq görülüblər.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır