Mehriban Xanlarova: "İşimi görə bilirəmsə, niyə teatrdan getməliyəm?" - AÇIQLAMA

Mehriban Xanlarova: "İşimi görə bilirəmsə, niyə teatrdan getməliyəm?" - AÇIQLAMA
MAQAZİN
13:52 22.01.2024
231

Çingiz Əhmədovun "Bir zaman var ki, o gələndə aktyor teatrdan getməlidir” fikrinə Əməkdar artist Mehriban Xanlarova münasibət bildirib.

Mövzu ilə bağlı AZXEBER.COM-un suallarını cavablandıran əməkdar artist təəccübünü gizlədə bilməyib:

"Əvvəla inana bilmirəm ki, bu sözləri dostum Çingiz deyib. Bunu nə məqsədlə dediyini anlaya bilmirəm. Yəqin özü üçün deyib. Çünki Nəsibə xanım görün səhnədən gedəndə neçə yaşı var idi? Əgər mən sağlamamsa, fiziki olaraq işimi davam etdirə bilirəmsə, niyə səhnədən getməliyəm ki? Bunun ana obrazı var, nənə obrazı var? Biz gedək, bəs bunu kim oynasın? O zaman teatrdan gedərəm ki, Allah eləməmiş sağlamlığımda ciddi poblem olar, artıq işimi laiqincə edə bilmərəm. Həm də istəmərəm ki, tamaşaçının yadında xəstə kimi qalım. Qoy elə yaxşı vaxtlarımı xatırlasınlar. Ona görə də, aktyor, aktrisa nə qədər ki, bacarır, səhnədə olmalıdır”.

Aysel Hacızadə


 

OXŞAR XƏBƏRLƏR