Mehriban Xanlarova: “Kərimlə barışıq heç vaxt olmayacaq, Aygünlə isə..”

Mehriban Xanlarova: “Kərimlə barışıq heç vaxt olmayacaq, Aygünlə isə..”
MAQAZİN
22:48 29.04.2017
1481
Əməkdar artist Mehriban Xanlanlarova adı qalmaqalda hallanan həmkarlarından danışıb.
 
O AZXEBER.COM açıqlamasında Aygün Kazımova ilə arasınndakı incilikdən danışıb: "Aygün Kazımova ilə görüşəndə salamlaşırıq. Mən o insana qarşı içimdə kinlilik saxlamamışam. Amma Aygünün nə dərəcədə kinlilik saxlayıb, saxlamadığın Allah bilir.”
 
M.Xanlarova müğənni Kərim ilə isə heç vaxt barışmayacağını deyib. "Sözü doğru dediyimə görə həmişə qalmaqal yaşayıram. Düz həmişə qalıb gələr. Barışıq yoxdur və heç vaxt da ola bilməz. Elə bir adam mənim üçün yoxdur”
 
Qeyd edək ki, Mehriban Xanlarova xalq artisti Aygün Kazımova və müğənni Kərimlə qalmaqalları "Maşın”realiti şousunda başlamışdır. Aktrisanın Kərimlə qalmaqalı məhkəməyə qədər gedib çatıb. Məhkəmənin qərarı ilə Mehriban Xanlarovanın haqqlı olduğu ortaya çıxdı.
 
Nazim Qasımzadə,
AZXEBER.COM
OXŞAR XƏBƏRLƏR