Məhşur aparıcı “Beş barmaq”da sirrini açdı

MAQAZİN
13:06 18.09.2015
3029
ANS-də yayımlanan “Beş barmaq” tok-şousunda maraqlı etiraf eşidilib. 
Belə ki, bu kanalın “Şəbəkə” verlişinin aparıcısı Rahil Sayadoğlu sosial şəbəkələrlə bağlı danışarkən evlənəcəyinə işarə edib. Aparıcı bildirib:-"Sosial şəbəkələrdən hər yöndə istifadə edənlər var. Adam var ki, saatlarını öldürməkçün ordan istifadə edir. Sosial şəbəkələrdə tanış olub ailə quranlar da var. Hamımız bilirik bunu. Ola bilsin, onların sağ əli mənim başıma olsun, mən də məhz sosial şəbəkələrdən tanış olduğum qızla evlənim". 
Xatırladaq ki, “Beş barmaq” tok-şousu hər gün saat 19-00-da ANS-dən yayımlanır.
OXŞAR XƏBƏRLƏR