"Məkkə sazişi"nə o ölkə də qoşulmaq istəyib - Səudiyyə Ərəbistanı "yox" deyib

"Məkkə sazişi"nə o ölkə də qoşulmaq istəyib - Səudiyyə Ərəbistanı "yox" deyib
DÜNYA
16:42 12.08.2026
353
Səudiyyə Ərəbistanı Türkiyə və Pakistanla imzalanan Məkkə Birgə Müdafiə Sazişinə Misirin daxil edilməsini istəməyib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Misir regional təhlükəsizlik məsələlərində gözləntiləri doğrultmayıb və nəticədə Ər-Riyadın Qahirəyə olan etimadı azalıb. Türkiyə Misirin bu ittifaqda iştirakını dəstəkləsə də, Səudiyyə Ərəbistanının mövqeyi səbəbindən saziş Misir olmadan imzalanıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan tərəfindən 7 avqust cümə günü Məkkədə imzalanan sazişə əsasən, bu üç ölkədən hər hansı birinə qarşı həyata keçirilən silahlı hücum hər üç ölkəyə qarşı hücum kimi qiymətləndiriləcək. Saziş tərəflərin birgə müdafiə imkanlarını və çəkindirici gücünü artırmağı hədəfləsə də, böhran zamanı göstəriləcək birgə hərbi dəstəyin şərtləri və icra mexanizmləri ilə bağlı təfərrüatların hələ tam dəqiqləşdirilmədiyi bildirilir.

OXŞAR XƏBƏRLƏR