Meksikada 10 avtomobilin iştirakı ilə zəncirvari qəza: 2 ölü, 60 yaralı

Meksikada 10 avtomobilin iştirakı ilə zəncirvari qəza: 2 ölü, 60 yaralı
DÜNYA
11:42 28.02.2023
120
Meksikada 10 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında 2 nəfər ölüb, 60 nəfər yaralanıb.

AZXEBER.COM xəbər verir ki, Meksika mətbuatında yer alan xəbərə görə, Mexiko əyalətində Lerna-Xonacatlan avtomobil yolunda zəncirvari qəza baş verib.

Səlahiyyətlilər 2 avtobus və 8 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada 2 nəfərin həyatını itirdiyini, 60 nəfərin yaralandığını bildirib.

Yaralılar ətrafdakı xəstəxanalarda müalicə olunarkən, avtomobillərdə sıxışmış vəziyyətdə qalanlar yanğınsöndürənlərin əməyi ilə xilas edilib.

Qəza səbəbindən magistral uzun müddət nəqliyyatın hərəkətinə bağlanıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR