Meksikada bir gündə 2 QƏTLİAM: 16 nəfər öldürüldü

Meksikada bir gündə 2 QƏTLİAM: 16 nəfər öldürüldü
DÜNYA
09:44 06.02.2022
267
Meksikanın mərkəzindəki Zakatakas ştatında iki qətliam baş verib. 

AZXEBER.COM TASS-a istinadla xəbər verir ki, bu barədə bölgə prokurorluğu şənbə günü "Twitter"də məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 16 nəfər naməlum cinayətkarların qurbanı olub, 

"Bu gün Fresnillo və Panfilo Natera bələdiyyələrində müvafiq olaraq 10 və 6 nəfərin cəsədi tapılıb.

Səlahiyyətlilər hadisənin başvermə şəraitini araşdırmağa başlayıb. İstintaqın gedişi ilə bağlı məlumat yalnız rəsmi kanallar vasitəsilə ötürüləcək", - məlumatda deyilir.

Qətliamın mümkün motivləri barədə məlumat açıqlanmayıb.
OXŞAR XƏBƏRLƏR