Meksikada şiddətli yağışların səbəb olduğu daşqınlar nəticəsində 28 nəfər ölüb.
Ölkənin 32 ştatının 31-də güclü yağıntı qeydə alınıb.
Daşqınlar yol və körpülərin dağılmasına, kəndlərin su altında qalmasına səbəb olub.
Ən çox ziyan Hidalqo ştatına dəyib. Burada 16 nəfərin öldüyü bildirilir. 1000-dən çox evə zərər dəyib, bəzi yerlərdə xilasetmə əməliyyatları aparmaq qeyri-mümkün vəziyyətə gəlib.
Təkcə Puebla ştatında 80 000-ə yaxın insan daşqınlardan ziyan görüb.
Meksika ordusu zərərçəkmiş şəsxlərə humanitar yardımların paylanmasına cəlb edilib.
Xilasetmə əməliyyatları davam etdirilir.
///Apa