Meksikanın paytaxt Mexikonun 70 kilometr cənub-şərqində yerləşən Popokatepetl vulkanı fəaliyyətə başlayıb. Vulkan kül, lava və daş püskürməyə başlayıb. Mexiko və vulkandan 60 kilometr uzaqlıqdakı Tolukada fəaliyyət göstərən hava limanları 47 uçuşu ləğv edib. Mexikoda hər yer kül təbəqəsi ilə örtülüb. Səlahiyyətlilər insanların küllə mübarizə aparmağın yollarını bilməmələrinin ən böyük təhlükə olduğunu bildiriblər. Qeyd edək ki, hadisə ilə əlaqədar olaraq Mexikoda fövqaladə hal elan olunub. //anspress