Meksikada ibadət zamanı kilsənin damının uçması nəticəsində 3-ü uşaq olmaqla 9 nəfər ölüb, 50 nəfər yaralanıb.
AZXEBER.COM xəbər verir ki, dağıntılar altında qalan 30 nəfərin axtarış-xilasetmə işləri davam edir.
Polisin verdiyi açıqlamada Tamaulipas ştatında kilsənin damının ibadət zamanı çökdüyü bildirilib.
Açıqlamada kilsədə təxminən 100 nəfərin olduğu, hadisə zamanı 3-ü uşaq olmaqla 9 nəfərin öldüyü, təxminən 50 nəfərin yaralandığı bildirilib.
Gülay