Meksikada narkotacirlərə məxsus sualtı qayıq ƏLƏ KEÇDİ

Meksikada narkotacirlərə məxsus sualtı qayıq ƏLƏ KEÇDİ
DÜNYA
11:50 28.06.2025
178
Meksika Hərbi Dəniz Qüvvələri narkotacirlərə məxsus sualtı qayığı saxlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Meksikanın ictimai təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Omar Qarsiya Harfuş "X" sosial şəbəkə hesabında yazıb.

Bildirilir ki, sualtı qayığın göyərtəsində ümumi dəyəri 42 milyon dollardan çox olan 3.5 ton kokain müsadirə edilib.

Nazirin sözlərinə görə, fakt üzrə üç əcnəbi vətəndaş saxlanılıb:

"Ümumilikdə 2024-cü ilin oktyabrından bəri dənizdə keçirilmiş əməliyyatlarda 44.8 ton kokain ələ keçirilib".

/// Oxu.az
OXŞAR XƏBƏRLƏR