Meksikada şok olay: Bəyi toy günü öldürdülər

Meksikada şok olay: Bəyi toy günü öldürdülər
DÜNYA
12:06 28.10.2022
399
Meksikada bəyi ən xoşbəxt günündə öldürüblər.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, son zamanlar mafiya çəkişmələri ilə gündəmə gələn Meksikada bu dəfə nikah baş tutduqdan sonra kilsədən çıxan bəyi güllələyiblər. 

Belə ki, Meksikanın Kaborka şəhərində yaşayan 32 yaşlı Marco Antonio Rosales Contreras kilsədə həyat yoldaşı ilə nikahları baş tutduqdan sonra mafia üzvü olduğu müəyyən edilən şəxs tərəfindən hücuma məruz qalıb.

Hücum nəticəsində kompüter mühəndisi olan Marko hadisə yerinə çağırılan təcili yardımla xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
 
Hadisədən sonra paylaşılan videoda gəlinliyi qan içində olan qadını yaxınlarının təsəlli verməyə çalışdığı görülüb.

Ayşən
OXŞAR XƏBƏRLƏR