Meksikalı media maqnatı Rikardo Salinas Plieqo Bitcoin investisiyası axtararkən aldadılıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Bodrumda tətildə olarkən ona "Astor Capital Fund" adlı fond təklif olunub.
İş adamı istirahət etdiyi yaxtasından özünü "Tomas Astor Mellon" kimi təqdim edən şəxs ilə videogörüntü vasitəsilə danışdıqdan sonra onun göndərdiyi "Astor" ailəsinin şir möhürü ilə möhürlənmiş saxta müqaviləni imzalayıb.
Onun səhmləri icazəsi olmadan satılıb və iş adamı külli miqdarda pul itirib.
Fırıldaqçıların daha bir neçə cinayət əməllərinin olduğu aşkar edilib.
Aysel