Meksikada quraqlığın yaşandığı 15 ştatda 58 meşə yanğını baş verib.
AZXEBER.COM xəbər verir ki, bəzi rayonlarda alovun fermalara keçməsi nəticəsində heyvanlar tələf olub.
Meksika Milli Meşə Komissiyası (CONAFOR) meşə yanğınları ilə bağlı açıqlama verib.
Açıqlamada bildirilib ki, indiyədək 58 aktiv yanğında 1421 hektardan çox meşə sahəsi külə dönüb.
Bildirilib ki, yüksələn alovun söndürülməsi işlərində 2085 yanğınsöndürən iştirak edib.
Yanğınlar nəticəsində bir sıra rayonlarda alov evlərə keçib, fermalarda olan heyvanlar tələf olub. Yanğınlardan dördünün Morelos və Verakruz əyalətlərində təbii qorunan ərazilərdə meydana gəldiyi öyrənilib.
Qruplar hələ də aktiv olan yanğınları söndürmək üçün işlərini davam etdirir.
Gülay