Meksikanın məşhur sənətçisi: “Əfsanəvi və möhtəşəm Şuşada çıxış etmək istərdim” - VİDEO

MAQAZİN
06:11 17.10.2021
263
Meksikanın dünyaca tanınmış kastanyet ifaçısı, prima balerina, xoreoqraf və aktrisa, çoxsaylı ali beynəlxalq mükafatların sahibi Sonia Amelio Azərbaycan xalqını 18 oktyabr Müstəqilliyin Bərpası Günü və qarşıdan gələn 8 noyabr Zəfər Günü münasibəti ilə təbrik edib.

AZXEBER.COM Azərbaycan Respublikasının Meksikadakı səfiri Məmməd Talıbova istinadən xəbər verir ki, bu barədə o, videomüraciətində bildirib.

"Əfsanəvi və möhtəşəm Şuşa şəhərində çıxış etmək istərdim”, - deyə Sonia Amelio vurğulayıb.

Qeyd edək ki, Sonia Amelio daha öncə iki dəfə Azərbaycanda konsert proqramları ilə çıxış edib.

O, ötən ilin oktyabrında da o, Azərbaycanın dinc əhalisinin yaşadığı faciələrdən dərin narahatlığını ifadə edərək, xalqımıza öz həmrəyliyini çatdırıb, ölkəmizin yaşadığı ağır günlərin tezliklə bitməsini diləyib.

OXŞAR XƏBƏRLƏR