Məktəb direktoru dəhşətli qəzada öldü

Məktəb direktoru dəhşətli qəzada öldü
SOSİAL
10:42 20.02.2017
1335
 
Dünən axşam saatlarında Cəlilabad rayonunda baş vermiş ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti dəqiqləşib.
 
Ələt-Astara magistral yolunun 131-ci kilometrliyində, Qarazəncir kəndi ərazisindəki ticarət mərkəzinin qarşısında 90 FX 557 dövlət nömrə nişanlı "BMW” markalı minik avtomobili ilə 90 RX 373 nömrəli "Hyundai” markalı kiçiktutumlu yük maşınının toqquşması nəticəsində minik avtomobilinin sürücüsü 1960-cı il təvəllüdlü Babayev Şakir Rəhim oğlu və sərnişini, 1951-ci ildə anadan olmuş Ağayev Mirəhməd Tahir oğlu vəfat edib. "Hyundai”ın sürücüsü Əsgərov Yunis Yusif oğlu isə ağır xəsarət alıb.

Bildirilib ki, qəzada ölən şəxslər Cəlilabad rayonun Ocaqlı kənd sakinləri olub. Mirəhməd Ağayev Ocaqlı kənd orta məktəbinin direktoru vəzifəsində çalışırmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

//Lent.az
OXŞAR XƏBƏRLƏR