Məktəb direktoru: “Elinanın gündəliyində "ölümümə 52 gün qalıb” yazılmışdı"

Məktəb direktoru: “Elinanın gündəliyində "ölümümə 52 gün qalıb” yazılmışdı"
SOSİAL
22:26 02.10.2019
9742
Elina Hacıyevanın ölüm işi üzrə məhkəmə davam edib.  

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, iş üzrə dəvət olunan şahidlər məhkəmə iclasına gəlməyib.

Prosesdə 162 saylı orta məktəbin sabiq direktoru Sevinc Abbasova ifadə verib. O bildirib ki, hadisə günü ikinci dərs bitəndən sonra tənəffüs zamanı məsələdən xəbərdar olub: "Direktor müavini Tünzalə Mikayılova ilə otağımda idik. Bu zaman müəllimə gəlib həyətdə bir uşağın yıxıldığını dedi. Tez çölə qaçdıq. Gördüm ki, Azərbaycan bölməsinin uşaqları Elinanı qucaqlarına götürüb məktəbin qapısına tərəf gətirirlər. Birinci elə bildim onu kimsə yıxıb. Elina isə dedi ki, özü yıxılıb”.

Direktor qeyd edib ki, tibb bacısının qapısı bağlı olduğu üçün Elinanı öz otağına aparıblar: "Elinanı otağımda divana uzatdıq. O dedi ki, üç aydır psixotrop dərmanlar atır. Çantasından da psixotrop dərmanın qutusu çıxdı”.

S. Abbasova bildirib ki, hadisə ilə bağlı valideynlərə dərhal xəbər verilib: "Həmin vaxt polislər gəlmişdi. Onlar Elinanı sorğu-sual edirdi. Xalidə Bayramova gəldi, polislər Elinanın çantasını gətirdilər, içindən 20 ədəd psixotrop dərmanın adları yazılan kağız çıxdı. Həm də Elinanın gündəliyi var idi, orada "ölümümə 52 gün qalıb, mənim həyatım zibil kimidir" sözləri yazılmışdı".

S. Abbasova Prokurorluqda ifadə verən gün Elinanın öldüyünü qeyd edib: "Aprelin 6-da prokurorluqda ifadə verəndə Elinanın öldüyünü eşitdim. Həmin vaxt müstəntiq soruşdu ki, özünü təqsirli bilirsən? Dedim ki, qismən təqsirli bilirəm, çünki onu incitməklərindən xəbərim olmayıb. Həm də affekt vəziyyətdə olduğum üçün "skoru"nu gec çağırmışam. Kimlərə zəng etdiyimi də xatırlamıram".

Suallara cavab verən S.Abbasova hazırda özünü təqsirli bilmədiyini qeyd edib.

Prosesdə Elina Hacıyevanın ailəsi direktor və Təhsil Nazirliyindən müştərək qaydada 8 min 500 manat dəfn xərci və mənəvi zərərə görə 100 min manat mülki iddia qaldırıb.

Proses oktyabrın 11-də davam etdiriləcək.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Daha sonra Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Saçlara qulluqla bağlı ən çox edilən səhvlər
12:41 11.10.2026
Saçlara qulluqla bağlı ən çox edilən səhvlər
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
12:25 11.10.2026
“Şagirdin geyim tərzi valideynin dünyagörüşünü nümayiş etdirməməlidir”
Azərbaycan millisi Avstriyaya qalib gəldi
12:23 11.10.2026
Azərbaycan millisi Avstriyaya qalib gəldi
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
12:20 11.10.2026
Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
11:50 11.10.2026
ŞAD XƏBƏR - Bu şəxslərə lotoreya ilə evlər veriləcək
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
11:27 11.10.2026
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
11:23 11.10.2026
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
11:15 11.10.2026
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
11:05 11.10.2026
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı