Məktəb direktorundan müəllimin döyülməsi ilə bağlı ŞOK AÇIQLAMA

Məktəb direktorundan müəllimin döyülməsi ilə bağlı ŞOK AÇIQLAMA
SOSİAL
01:32 13.11.2016
1479
Noyabrın 11-də Gədəbəy rayonunun Çobankənd orta məktəbinin direktoru Sahib Babayevin  məktəbin müəllimi Qəhrəman Əliyevi döyməsi ilə bağlı xəbər yayılıb.

Məlumatda orta məktəb müəlliminin aldığı bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildiyi deyilir. Hadisə ilə bağlı yeni ilginc faktlar ortaya çıxıb.

Belə ki, rayonun Şahdağ kənd orta məktəbinin direktoru Ramiz Əliyevin hadisədə əlinin olduğu iddia olunur.  Bu barədə hadisənin əsas "qəhrəmanı" olan S.Babayev musavat.com-a açıqlamasında məlumat verib. 

Məktəb direktoru hadisənin təfərrüatları barədə geniş danışaraq öz iddiasını bu cür əsaslandırıb: "Noyabrın 11-də səhər saat 09:30 radələrində Qəhrəman müəllim otağıma gəldi. Həmin gün onun ümumiyyətlə, məktəbdə dərsi yox idi. Mətbuatda gedən xəbərlərin tam əksi baş verib. Sadəcə planı qurub və dərhal mətbuata ötürüblər. O yazı yazdığım halda qəflətən üstümə hücum çəkdi, stolu başıma çırpdı. Mən də özümü müdafiə etmək üçün onu itələyib bayıra çıxardım. Çünki mənə qarşı plan qurulduğunu dərhal hiss etdim.

Tamamilə  qurama hadisədir. Özü də Qəhrəman müəllimin əmisioğlu Ramiz Əliyev tərəfindən təşkil olunub. Ramiz Əliyev hazırda Çobankəndlə qonşu olan Şahdağ məktəbinin direktorudur. Onunla əvvəllərdən aramızda şəxsi münasibətlərdə soyuqluq olub. Mətbuata bunları açıqlamaq etik olmazdı. 

Qəhrəman Əliyev şəkər xəstəsidir. Mən ona əlimi belə vurmamışam. Xəsarət aldığı barədə həkim rəyi almaq üçün özünü ora-bura vurub, xəstəxanaya qaçıb. Deyilənlər tamamilə yalandır, akt da var. Dəfələrlə belə hallar baş verib. Sadəcə oyuna gəlməmişəm. 

O fizika müəllimidir və məktəbdə cəmi 12 saat dərs olduğu halda, biz ona 16 saat dərs vermişik. Bundan artıq ona dərs vermək mümkün deyil. O mənə xəsarət yetirib, amma mən şikayətçi olmamışam. ATV telekanalı da bu barədə çəkiliş aparıb. Axşam göstəriləcək".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
05:42 09.03.2026
Cüdoçularımız Qran-Pri turnirində 4 medal qazandı
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
03:50 09.03.2026
ABŞ-ın İranın hərbi gəmisinə hücumu nəticəsində azı 104 dənizçi həlak olub
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
02:28 09.03.2026
ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
01:13 09.03.2026
Makron Pezeşkianla bölgədəki vəziyyəti müzakirə edib
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
00:15 09.03.2026
İranda 160 uşağın öldüyü məktəb belə vurulub - VİDEO
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
00:04 09.03.2026
KİV: Tehranın bir sıra ərazilərində güclü partlayışlar baş verib
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
23:43 08.03.2026
İlham Əliyev Pezeşkiana Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
23:40 08.03.2026
Pezeşkian İlham Əliyevə İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
23:39 08.03.2026
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
23:30 08.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması nə vaxta qədər davam edəcək? - VİDEO
Bakı-Sumqayıt yolunda ağır qəza olub
23:13 08.03.2026
Bakı-Sumqayıt yolunda ağır qəza olub
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
22:54 08.03.2026
İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
22:43 08.03.2026
İranın yeni ali dini liderinin adı açıqlandı - Görün kim oldu
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
22:35 08.03.2026
İranda müharibənin təsiri bazarda hiss olunmağa başlandı: Azərbaycanda balıq BAHALAŞDI
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
22:22 08.03.2026
İsrail ordusu "Xatəmül-Ənbiya" qərargahının rəisini zərərsizləşdirdi
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır
22:04 08.03.2026
Ağ Ev: Tramp hələ İrana qarşı quru əməliyyatı planlaşdırmır