Məktəb ləvazimatlarına ən çox pul ödəyən ölkələrin adı açıqlanıb

DÜNYA
13:27 02.09.2024
132
Araşdırılmaya görə, İtaliya və İspaniya kimi aşağı maaşlı ölkələr məktəb ləvazimatlarına Avropanın daha zəngin ölkələrinə nisbətən daha çox pul ödəyirlər.
 
AZXEBER.COM xarici mətbuata əsasən xəbər verir ki, araşdırma supermarket şəbəkələrində və məktəb mağazalarında eyni qiymət aralığında satılan karandaş, pozan, işıqlandırıcı, flomaster, qələm qutuları, dəftərlər, rəsm dəstləri və qayçı kimi 20 əsas məktəb ləvazimatları üzərində aparılıb.

Məlum olub ki, italyan ailələri uşaqlarının məktəb ehtiyaclarını ödəmək üçün aylıq gəlirlərinin təxminən 10,80 faizini və ya 202,71 avro  ayırmalıdırlar.

Araşdırmalardan sonra dərsliklər, yeməklər, məktəb səfərləri və idman ləvazimatları istisna olmaqla, məktəblər açılana kimi əsas məktəb ləvazimatlarının alınması üzrə vahid qiymətə görə ən çox pul ödəyən ilk beş ölkənin adı açıqlanıb:

İtaliya: 10,80 faizi (202,71 avro)
İspaniya: 9,24 faiz (190,32 avro)
Almaniya: 7,10 faiz (185,78)
Böyük Britaniya: 5,65 faiz (162,68 sterlin)
Fransa: 4,84 faiz (140,34 avro )
 
Aysel
OXŞAR XƏBƏRLƏR