Məktəb qiymətləri ilə imtahan nəticələri niyə üst-üstə düşmür? - VİDEO

Məktəb qiymətləri ilə imtahan nəticələri niyə üst-üstə düşmür? - VİDEO
SOSİAL
22:45 24.06.2026
217
Məktəblərdə il ərzində aparılan qiymətləndirmə ilə qəbul imtahanlarının nəticələri arasında ciddi fərqlər müşahidə olunur. Statistik göstəricilər təsdiqləyir ki, məktəbdə yüksək və ya orta müvəffəqiyyətlə oxuyan bəzi məzunlar imtahanlarda gözlənilən nəticəni əldə edə bilmirlər. Eyni zamanda, dərslərdə orta nəticə göstərən şagirdlərin qəbul imtahanlarında yüksək bal toplaması hallarına da az rast gəlinmir. Müzakirələrə səbəb olan digər bir məqam isə bəzi şagirdlərin uzun illər təhsil almalarına baxmayaraq, elementar oxu və yazı bacarıqlarını mənimsəyə bilməmələridir.

Mütəxəssislər hesab edirlər ki, bu hallar tədris prosesinin və qiymətləndirmə mexanizmlərinin daha dərindən təhlil edilməsini zəruri edir.

Baku TV məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.

Sakinlərdən biri vəziyyəti belə izah edib: "Burada obyektivlikdən söhbət gedə bilməz, çox güman ki, kənar müdaxilələr var".

Digər bir sakin isə problemin kökünü müəllimlərin iş yükündə görür: "Müəllimlərə dərs keçməyə imkan verilmir. Onlar tədris prosesi ilə məşğul olmaq əvəzinə, sənədləşdirmə işləri və hesabatlarla yüklənirlər".

OXŞAR XƏBƏRLƏR