Yağıntılı hava daha 2 gün davam edəcək

SOSİAL
14:15 19.12.2024
136
Bakıda və Abşeron yarımadasında müşahidə olunan yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edilib. 

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, yağıntılı havanın dekabrın 21-i səhərədək fasilələrlə davam edəcəyi gözlənilir.

Yarımadanın ayrı-ayrı yerlərində yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimal olunur. Azərbaycanın şərq rayonlarında da hava şəraitinin dekabrın 20-dən 21-i səhərədək fasilələrlə yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

OXŞAR XƏBƏRLƏR