Zaqatala rayonunda məktəbdən çıxan şagirdi traktor vuraraq öldürüb.
AZXEBER.COM-un "Report"a istinadən məlumatına görə, hadisə rayonun Əliabad qəsəbəsində baş verib.
Belə ki, Əliabad qəsəbə 4 saylı tam orta məktəbinin 2-ci sinif şagirdi, 8 yaşlı Əli Tural oğlu Cavadovu məktəbdən çıxarkən traktor vurub.
Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.