Məktəbəhazırlıq qruplarına qəbul nə vaxt başlayacaq?

Məktəbəhazırlıq qruplarına qəbul nə vaxt başlayacaq?
SOSİAL
11:38 14.06.2025
315
Yaxın günlərdə məktəbəhazırlıq qruplarına qəbul prosesi başlayacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov məlumat verib.

Onun sözlərinə görə, 21 iyun 2025-ci il tarixindən etibarən 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.

Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2020-ci il təvəllüdlü) qəbul edilirlər.

Proses eyni qaydada 12 sentyabr tarixinə qədər davam edəcək. 
OXŞAR XƏBƏRLƏR