"Məktəbəqədər təhsil müəssisəsi məscid deyil ki..." - Deputatlar arasında gərginlik

"Məktəbəqədər təhsil müəssisəsi məscid deyil ki..." - Deputatlar arasında gərginlik
SOSİAL
12:47 06.04.2017
3147
Xarici sərmayədarlara Azərbaycanda təhsil müəssisələrini tikməyə şərait yaradılmalıdır.
Bunu deputat Şəmsəddin Hacıyev Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Ş.Hacıyevin bu fikrinə deputat Asim Mollazadə etiraz edib. A.Mollazadə bu məsələnin mümkün olmadığını deyib.

Ş.Hacıyev isə deyib ki, məktəbəqədər təhsil müəssisəsi məscid deyil ki, vəhhabilik və digər cərəyanlarla məşğul olsunlar:

"Ona görə də xaricilərə təsisçilik hüququ verilməlidir. Tədris və təsisçilik ayrı-ayrı məsələlərdir".
 
////Trend
OXŞAR XƏBƏRLƏR