Məktəblərdə şagirdlərə qol saatından istifadə niyə qadağan edilib? – AÇIQLAMA

Məktəblərdə şagirdlərə qol saatından istifadə niyə qadağan edilib? – AÇIQLAMA
SOSİAL
15:14 01.10.2021
414

Bakıda bəzi orta məktəblərdə şagirdlərin qol saatından istifadə etmələrinə qadağa qoyulub.

Müəllimlər valideynlərə xəbərdarlıq ediblər: "Şagirdlərin ünsiyyət qurması üçün adi telefonlar alın. "Smart” saatlar və "Smart” telefonların məktəbə gətirilməsi qəti qadağandır. Əgər kimdəsə görsək, alıb məktəb rəhbərliyinə təhvil verəcəyik”.

Valideynlər isə bunu narazılıqla qarşılayıblar: "Bu saatlarla uşağımızın haradan gəlib-getdiyini bilirik. Lazım olanda zəng vura bilirik. Yəqin müəllimləri başqa məsələ narahat edir. Saat vasitəsilə uşağın ətrafında olan səsləri eşitmək də mümkün olur. Yəqin dərsi necə keçdiklərini bilməyimizi istəmirlər. Ona görə narahatdırlar”, deyə valideynlər bildiriblər.

Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov Musavat.com-a bildirib ki, bu məsələ məktəbdaxili qərarlarla tənzimlənir: "Şagirdin diqqətini yayındıran vasitələr varsa, uşaq dərsdə kənar əşyalarla oynayırsa, onlara vaxt ayırırsa, müəllim müəyyən ciddiyət yaradır”.

OXŞAR XƏBƏRLƏR